Azərbaycan Gimnastika Federasiyası ilin ƏN YAXŞISINI seçdi - FOTO 

Azərbaycan Gimnastika Federasiyası ilin ƏN YAXŞISINI seçdi - FOTO 

Hazırda oxunan: Azərbaycan Gimnastika Federasiyası ilin ƏN YAXŞISINI seçdi - FOTO 
111492
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2022-ci ilin ən yaxşı gimnastlarının adlarını açıqlayıb.

AGF-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, reytinq sıralamasının birinci pilləsində 801 xalla dünya çempionatının bürünc, Avropa çempionatının üçqat bürünc, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl və gümüş mükafatçısı Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası yer alıb.

İkinci pillədə 772 xalla bədii gimnastika üzrə IV İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının üçqat qızıl, gümüş və bürünc mükafatçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova qərarlaşıb.
V İslam Həmrəyliyi Oyunlarının qızıl və bürünc medalçısı, kişi idman gimnastı İvan Tixonov 435 xalla üçüncü pillədədir. V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, Nikita Simonov isə 368 xalla 4-cü yeri tutub.

İl ərzində bir sıra beynəlxalq turnirlərin mükafatçısı olmuş Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva, Nərgiz Ramazanova ibarət bədii gimnastika üzrə qrup komandasının üzvləri 365 xalla 5-ci pillədə yer alıb.

Dünya çempionatının gümüş mükafatçıları, akrobatika gimnastikası üzrə qarışıq cütlük Ağasif Rəhimov və Raziyə Seyidli 297,5 xalla 6-cı olub.

Bizim.Media

Azərbaycan Gimnastika Federasiyası ilin ƏN YAXŞISINI seçdi - FOTO  - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO