AFFA Tovuzdakı qalmaqala görə 2 klubu cəzalandırdı

AFFA Tovuzdakı qalmaqala görə 2 klubu cəzalandırdı

Hazırda oxunan: AFFA Tovuzdakı qalmaqala görə 2 klubu cəzalandırdı
111253
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA İntizam Komitəsi "Turan Tovuz" və "Kəpəz" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundakı hadisələrə hüquqi qiymət verib.

Bizim.Media xəbər verir ki, Tovuz təmsilçisinin qapıçısı Tərlan Əhmədli ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub 200 manat məbləğində cərimələnib.

Azarkeşlər matçın rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün meydan sahibləri 4 000 manat ziyana düşüb. "Turan Tovuz" meydana kənar əşyaların atılmasına görə 1 600 manat ödəcəyək. 

Bundan əlavə, klub bəzi kənar şəxslərin meydana girməsi səbəbindən 1 600 manatından keçməli olacaq. Tovuz təmsilçisi pirotexniki vasitələrdən istifadəyə görə isə 800 manat məbləğində cəriməyə məruz qalıb.

"Kəpəz" tərəfdarları da rəsmi şəxslərin ünvanına təhqiramiz ifadələr işlədib və Gəncə təmsilçisini 4 000 manat ziyana salıb. Komandanın oyunçusu Mate Kvrikvia ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün bir oyunluq cəzaya, klub bunun üçün 200 manat cəriməyə məruz qalıb.
Qərara əsasən, “Kəpəz” klubunun azarkeşləri tərəfindən stadiona dəymiş ziyan (oturacaqların sındırılması) Gəncə təmsilçisi tərəfindən tam ödənilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO