Azərbaycan məhsulları ilk dəfə

Azərbaycan məhsulları ilk dəfə "Aqroekspress"lə Rusiyaya yola salındı - VİDEO 

Hazırda oxunan: Azərbaycan məhsulları ilk dəfə "Aqroekspress"lə Rusiyaya yola salındı - VİDEO 
59845
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xaçmazın Ləcət dəmiryol stansiyasında "Aqroekspress"layihəsinin tətbiqinə start verilib və  iki yük qatarı təntənəli surətdə Rusiyaya yola salınıb. 

Bizim.Media-nın məlumatına görə, yeni layihə  Azərbaycan-Rusiya İşgüzar Şurası, Rusiya İxrac Mərkəzi SC (RİM),"Roseksimbank"SC,"Azərbaycan Dəmir Yolları" QSC,  "RDY" ASC-nin dəstəyilə "Allance Logistics" MMC və  "RDY" Logistika" SC tərəfindən həyata keçirilir. 

Bu gün rusiyalı alıcılara göndərilən ilk yük qatarında Azərbaycanın qarışıq meyvə-tərəvəz məhsulları -pomidor, nar, xüsusilə qonşu ölkənin bazarlarında çox tələbat olan təzə Azərbaycan xurması göndərilib. 

Qeyd edək ki, yeni layihə Azərbaycan sahibkar və fermerlərinin məhsullarının Rusiya bazarlarına daha tez və keyfiyyətli çatdırılmasında böyük dəstək olacaq. 

Yük qatarının yolasalma mərasimində Azərbaycan İqtisadiyyat Nazirinin müavini Sahib Məmmədov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və özəl qurumların rəhbərləri iştirak edib. 

Aytəkin Alxaslı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO