“Biz mütləq Şuşanı alacağıq”

“Biz mütləq Şuşanı alacağıq”

Hazırda oxunan: “Biz mütləq Şuşanı alacağıq”

269739

İki gündən sonra Şuşanın ermənilər tərəfindən işğalının 27-ci ildönümü tamam olacaq.

İstər Şuşa, istərsə də işğal edilmiş digər torpaqlaırmızın azad edilməsi məsələsinin yubanması yeni nəsillə həmin torpaqlar arasında psixoloji bariyer, psixoloji sədd yarada bilərmi? Zaman faktorunun işğal edilmiş torpaqların azad edilməsi prosesində əlavə çətinliklərə səbəb olması mümkündürmü?

Moderator.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə zaman amilinin problemin həllində çətinlik yaratmadığını, fəqət Qarabağ probleminin həlli ilə bağlı doğru yanaşmanın sərgilənməsinin vacib olduğunu vurğuladı:

“Zaman amili bu torpaqların işğaldan azad edilməsini çətinləşdirmir və çətinləşdirə bilməz. Bu məsələdə düzgün yanaşma amili daha mühümdür. 27 ildir ki, biz bu prosesə düzgün yanaşmırıq. Bu müddət ərzində problemə, onun həllinə baxış düzgün olmayıb. Biz nə zaman doğru siyasət yürütsək, o zaman problem də öz həllini tapacaq.xa0

Biz Şuşanı mütləq alacağıq. Buna kimsənin şübhəsi olmasın”.

xa0

Seymur ƏLİYEVxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO