Azərbaycanın işğal altındakı torpaqlarını tapdayan erməni hərbi qulluqçuları işğalçı ölkədəki 9 dekabr parlament seçkilərinə qatılmaq üçün Ermənistanın Gorus və ya Qafan şəhərinə gətiriləcək. Moderator.az xəbər verir ki, bu haqda “168 jam”(“168 saat”) erməni qəzeti etibarlı mənbələrinə istinadla informasiya yayıb.
Məlumata görə, Qarabağda hərbi xidmət keçən Ermənistan vətəndaşları valideynləri ilə telefon danışıqlarında deyirlər ki, seçkilərdə iştirak etmək üçün onlar Ermənistanın Gorus və ya Qafan şəhərinə gətiriləcək. Erməni hərbçilərə valideynləri və yaxınları ilə görüşməyə də icazə veriləcək.
“Bunu xa0Nikol Paşinyanxa0 həmin hərbi qulluqçuların “Mənim addımım" blokuna səs vermələri şərti ilə təşkil edib”-əsgərlər valideynlərinə belə söyləyir. Qəzet yazır ki, bu “kampaniya” xa0işğal altındakı Azərbaycan torpaqlarındakı bütün hərbi hissələri əhatə edir...
Sultan Laçın




































































































