26 yanvarda AŞ PA-da “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”x9d adlı qətnamə layihəsinin 70 səs əleyhinə, 66 səs lehinə olmaqla qəbul edilməməsində günahkarlar sırasında Türkiyədən olan deputatların da adı çəkilir. Hətta, bir qədər də uzağa gedilərək az qala Türkiyəli deputatlar, qardaş ölkə xəyanətdə suçlanılır. Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Fazil Mustafa isə bildirib ki, Avropa prezidentləri, Minsk Qrupuna həmsədrlik edən Rusiya, ABŞ və Fransanın bütün strukturlarının təhdid və təzyiqləri çox ciddi rol oynadı və bu ölkələrdən olan xeyli deputatın səsvermədə iştirak etməməsinə səbəb oldu. Moderator.az-a açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov məlum qətnamənin qəbul olunamasına səbəb kimi gətirilən arqumentlərlə razılaşmır:
“AŞ
PA-da “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində
zorakılıq hallarının artması”x9d adlı qətnamə layihəsinin qəbulunu Azərbaycan
diplomatiyasının uğursuz və qeyri-səmərəli fəaliyyətində, yürüdülən xarici
siyasətin sistemsizliyində axtarmaq lazımdır. Heç kəsə sirr
deyil ki, xaricdəki diplomatik nümayəndəliklərimizin rəhbərlərinin çoxu öz
profillərinə uyğun deyil, bizneslə, şəxsi maraqlarının gerçəkləşdirilməsi ilə məşğuldurlar.
Çalışdıqları ölkələrdə aktiv deyillər, təsir qrupları və nüfuzlu simalarla əlaqələrdə
olmurlar və s. Azərbaycanın xarici siyasətinin ana xəttini strateji müttəfiqlərinin
və beynəlxalq tərəfdaşdarlarının sayının çoxaldılması olmalı idi. Lakin səsvermənin
nəticələrindən bəlli olur ki, əksinə ilbəil bu say azalmaqdadır. AŞ PA-dakı
nümayəndə heyəti də görünür lazımınca işlərini qura bilməyiblər. Lobbi fəaliyyətindən
yetərincə yararlana bilməyiblər. Eyni zamanda XİN-lə sinxron fəaliyyət göstərə
bilməyiblər. İndi durub başqa yerlərdə günahkarlar axtarmaq məsuliyyətdən
yayınmaq cəhdidir”x9d.
Yeri gəldi-gəlmədi
Türkiyənin təftiş edilməsini və qınanmasını doğru saymayan partiya yetkilisi
bunu ədalətsizlik və qərəzçilik adlandırdı:
“Baxmayaraq
Türkiyənin çox ciddi və çətin problemləri ilə baş-başadır, lakin qardaş dövlət
heç vaxt Azərbaycanı tək buraxmayıb. 18 nəfərdən ibarət
nümayəndə heyətindən 13 deputatın qətnamənın lehinə olması bunu bir daha təsdiqləyir.
Hnasısa HDPli vəkilin səs verməməsi Türkiyənin səs verməməsi demək deyil. Türkiyəni
qınayanlar nə tez unudurlar ki, Türkiyə əleyhinə qətnamə qəbul ediləndə Azərbaycanın
nümayəndə heyəti qardaş dövləti tək buraxdı? Amma türk ictimaiyyəti də rəsmləri də
bunu anlayışla qarşıladı”x9d.
Ə.Orucovun
fikrincə uğursuzluqların məsuliyyətini başqalarının üzərinə atmaq doğru deyil:
“Azərbaycan Türkiyədən həddindən çox umur. Ancaq
nəzərə almaq lazımdır ki, Türkiyə müstəqil dövlətdir, onun da öz problemləri və
maraqları var. Yaxşı olardı ki, Türkiyədən umu-küsü etmək, onu qınamaq,
ittihamlamaq əvəzinə, uğursuzluğun cavabı verilsin. Cavab verilsin ki, bu
ATƏT-in Minsk Qrupu və onun həmsədrləri nəyə lazımdır? Niyə Azərbaycan iqtidarı
keçən 20 ildən çox müddət ərzində öz torpaqlarını işğaldan və zorakılıq
hallarından xilas edə bilmir? Buna da AŞ PA günahkardır?. Ona görə də günahı, məsuliyyəti
və vəzifəni başqalarının üzərinə atmaq çıxış yolu deyil".




































































































