Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir

Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir

Hazırda oxunan: Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
638939
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Mercedes"in britaniyalı pilotu Corc Rassellin "Formula 1"in cari mövsümünün 15-ci mərhələsi - Bakıdakı Azərbaycan Qran-prisindəki qələbəsi yarışlar tarixində ən yaxın finişlərin top-10-luğuna daxil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Britaniyalı ikinci yerdə finişə çatan niderlandlı Maks Ferstappeni ("Red Bull") 0,196 saniyə üstünlüklə üstələyib ki, bu da çempionatda 2002-ci ildən bəri ən sıx finiş olub.
 

Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərin siyahısında onuncu yeri tutub. Bu reytinqdə doqquzuncu yerdə 2002-ci ilin Avstriya Qran-prisidir. Yalnız qalib gələn Mixael Şumaxer ikinci yeri tutan Rubens Barrikellonu 0,182 saniyə qabaqlayıb.


Rekord 1971-ci ildə İtaliya Qran-prisində müəyyən edilib. O zaman Piter Qetin Ronni Petersondan 0,010 saniyə tez çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO