Honkonqlu milyarderdən TƏKLİF: Formula 1-də öz komandasını yaratmaq istəyir

Hazırda oxunan: Honkonqlu milyarderdən TƏKLİF: Formula 1-də öz komandasını yaratmaq istəyir

130617

“RE Lee International” sığorta şirkəti ilə sərvət qazanmış honkonqlu milyarder Kelvin Lo Formula 1 çempionatında öz iştirakını genişləndirmək fikrinə düşüb.  

Bizim.Media xəbər verir ki, Kelvin Lo bu barədə “Reuters” agentliyinə müsahibəsində deyib. 

“İndiki şəraitdə Formula 1-də bizim üçün bəzi imkanlar yaranıb və bir neçə komanda ilə ciddi danışıqlar aparırıq. Onların arasında debütə hazırlaşanlar da var, biri isə 2026-cı il mövsümündə iştirak etmək üçün müraciət edib. Digər komanda cari mövsümə hazırlaşır.  

Sizi inandırmaq istəyirəm ki, maliyyə məsələsi mənim üçün o qədər də böyük problem deyil, əslində, ən mürəkkəb olan mexanikləri, mühəndisləri və komandanın digər üzvlərini vahid komandaya cəlb etməkdir. Hələ ki, mən sadəcə gözləyirəm, hesabatları nəzərdən keçirirəm, rəqəmləri öyrənirəm, uzunmüddətli perspektivdə hər şeyin yaxşı olacağına əmin olmaq istəyirəm”, - deyə Lo bildirib. 
Qeyd edək ki, hazırda biznesmen “Dorilton Capital” fondu vasitəsilə “Williams Racing” komandasının sahibidir. Lakin bu, avtomobil idmanının varlı pərəstişkarı üçün kifayət etmir və o, öz komandasının yaratmaq istəyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO