
- A-
- A
- A+
Ekskluziv
15:10 / 03.06.2023
2 dəq oxunma
Kim Çen In üçün yeni təhlükə: düşmənlər süni intellektin köməyilə Şimali Koreyanın "ən dəhşətli hərbi sirrini" öyrənib
Hazırda oxunan: Kim Çen In üçün yeni təhlükə: düşmənlər süni intellektin köməyilə Şimali Koreyanın "ən dəhşətli hərbi sirrini" öyrənib
644740
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Şimali Koreyanın "böyük lideri, xüsusilə onun sağlamlıq vəziyyəti haqqında məlumat məxfidir və ciddi şəkildə qorunur..."
"Orta yaş böhranı fonunda Kim Çen Inda alkoqol və nikotindən asılılıq inkişaf edib..."
Süni intellektin dəyərləndirməsinə görə, Şimali Koreya lideri artıq şəkidən, irsi ürək-damar xəstəliklərindən əziyyət çəkir və az yatır.
Moderator.az xəbər verir ki, Şimali Koreya liderinin sağlamlıq vəziyyəti barədə məlumatı Cənubi Koreya parlamentinin deputatı Yu San Bom açıqlayıb.
O, Şimali Koreyada siyasi vəziyyətin monitorinqi ilə məşğuldur. Deputat Cənubi Koreya kəşfiyyatınının neyroşəbəkələr və süni intellektin köməyilə topladığı məlumat əsasında hazırladığı məruzəyə istinad edib.
Texnologiyalar Kim Çen Inın çəkisini hesablamağa və onun sağlamlıqla bağlı problemlərini müəyyən etməyə kömək edib.
Mayın 16-da Kim Çen Inın ictimaiyyət qarşısında çıxışı zamanı çəkilən fotoşəklini analiz edərək, süni intellekt onun çəkisinin 140-150 kq olduğunu dəyərləndirib.
Həmçinin Şimali Koreya rəhbərinin fotoda yorğun olduğuna, gözlərinin altında tünd dairələrin göründüyünə diqqət çəkib.
Cənubi Koreyalı deputat həmçinin xatırladıb ki, Kim Çen In, ehtimal ki, ciddi yuxu pozuntusundan əziyyət çəkir, çünki, kəşfiyyatın məlumatına görə, KXDR-in məxfi xidmətləri son aylar yuxusuzluqla bağlı mübarizə sahəsində ən yeni tədqiqatlarla yaxından maraqlanmağa başlayıb.
Şimali Koreyanın "böyük lideri", xüsusilə onun sağlamlıq vəziyyəti haqqında məlumat məxfidir və ciddi şəkildə qorunur.
Şimali Koreya KİV-ləri bu barədə nadir hallarda yazır, lakin mart ayında nəşrlərin biri xatırladıb ki, Kim Çen In çox vaxt səhər saat beşdən işləyir, guya, onun sözlərinə görə, gecələr işləməyə vərdiş edib.
Həmçinin onun dəqiq doğum tarixi bəlli deyil, dəyərləndirmələrə görə, diktatorun 39 yaşı var. KXDR rəhbəri postu ona 2011-ci ildə atasının infarktdan ölümündən sonra irsən keçib və Şimali Koreya rəhbərlərinin ailə sülaləsinin üçüncü nümayəndəsi olub.
Cənubi Koreya kəşfiyyatı belə bir ehtimalı nəzərdən keçirir ki, orta yaş böhranı fonunda Kim Çen Inda alkoqol və nikotindən asılılıq inkişaf edib və o, bununla yuxu problemini neytrallaşdırmağa cəhd edir.
Bu isə öz növbəsində çıxılmaz vəziyyətin yaranmasına sövq edir, bu da perspektivdə yuxu ilə bağlı problemi pisləşdirə bilər. Bu, ölkəyə gətirilən xarici siqaret və içkilərin sayının artması barədə məlumatlar əsasında güman edilir.
Cənubi Koreya kəşfiyyat xidmətinin direktoru Kim Ke Hen həmçinin məlumat verib ki, ötən ilin sonundan başlayaraq Kim Çen Inın bədənində sıyrıntılar və əzilmələr görünür, bu da stresin törətdiyi allergiya və dermatitlərdən xəbər verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































