Parasetamolun ölümcül təhlükəsi üzə çıxdı: Təzyiqi olanların DİQQƏTİNƏ 

Parasetamolun ölümcül təhlükəsi üzə çıxdı: Təzyiqi olanların DİQQƏTİNƏ 

Hazırda oxunan: Parasetamolun ölümcül təhlükəsi üzə çıxdı: Təzyiqi olanların DİQQƏTİNƏ 
59850
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Parasetamolun uzun müddət istifadəsi yüksək qan təzyiqi olan xəstələrdə ürək xəstəliyi və insult riskini artırır.  

Bizim.Media xəbər verir ki, bu barədə "Circulation" jurnalı Edinburq Universiteti mütəxəssislərinin tədqiqat məlumatlarına istinadən məlumat yayıb. 

Mütəxəssislərin fikrincə, parasetamoldan müntəzəm istifadə ürək xəstəliyi və ya insult riskini təxminən 20 faiz artırır.

Əvvəllər məlum olub ki, parasetamol qəbulu qaraciyər xəstəliklərini kəskinləşdirə bilər. Bundan əlavə, dərman qırmızı qaşınma, şişkinlik və qabıqlı, allergik dəri xəstəliyinə də səbəb ola bilər. 

Parasetamol, həm də ağrıkəsici olaraq tanınır və qızdırmanın yüngül, orta dərəcələrində geniş istifadə olunur.  

Mərkəzi sinir sistemində siklooksigenazı (ferment) bloklayır, ağrı və termorequlyasiya (orqanizmdəki temperaturu tənzimləyən sistem) mərkəzlərinə təsir göstərir. İltihab əleyhinə təsiri isə praktiki olaraq yoxdur. 
Parasetamol həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əvəzolunmaz dərmanlar siyahısına, eləcə də Rusiyanın həyati və zəruri dərmanlar siyahısına daxildir. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO