İçkilərin qaynar halda qəbulu... - Terapevtdən XƏBƏRDARLIQ

İçkilərin qaynar halda qəbulu... - Terapevtdən XƏBƏRDARLIQ

Hazırda oxunan: İçkilərin qaynar halda qəbulu... - Terapevtdən XƏBƏRDARLIQ
53749
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ümumi təcrübə həkimi, terapevt Larisa Alekseyeva qışda qaynar içkilərin ehtiyatla içilməli olduğunu qeyd edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya beynəlxalq çoxdilli informasiya telekanalları şəbəkəsi "RT" informasiya yayıb.

Həkimin sözlərinə görə, çox qaynar içki dilə, selikli ağız boşluğuna və qida borusuna zərər verə bilər.

"Çox qaynar maye mədə-bağırsaq traktının müxtəlif xəstəliklərinə səbəb ola bilər ki, bu da onkoloji, eroziya, qastrit və xora kimi xəstəliklərin yaranmasına gətirib çixarır", - deyə Alekseyeva vurğulayıb.

Terapevt əlavə edib ki, isti içkilərin optimal temperaturu təxminən 60° C olmalıdır.

Öz növbəsində stomatoloq-ortodont Mariya Balakireva əvvəlcə soyuq ardınca da isti suyun və ya əksinə içilməsinin məsləhət olmadığını bildirib. Bu, diş minasının zədələnməsinə səbəb ola bilər.

Bundan əlavə, nadir hallarda, qaynar içkilər ağız boşluğunda qıcıqlanma olduqda stomatitin yaranmasına gətirib çıxara bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO