Beyin xərçənginin əlamətləri - BUNLARA DİQQƏT!

Beyin xərçənginin əlamətləri - BUNLARA DİQQƏT!

Hazırda oxunan: Beyin xərçənginin əlamətləri - BUNLARA DİQQƏT!
47891
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş ağrısının səbəbləri çoxdur - gərginlik, arterial hipertenziya (hipertoniya), miqren, boyun osteoxondrozu, bəzi göz xəstəlikləri, haymorit, travma, bəzi dərmanların qəbulu və s.

Bizim.Media xəbər verir ki, baş ağrısının ən təhlükəli səbəbi bədxassəli şişlərdir. Beyin xərçəngi zamanı baş ağrısı əsas simptomdur.

Beyin xərçəngi zamanı baş ağrısının müəyyən xüsusiyyətləri var:

- ağrı xronikidir

- güclüdür

- sıxıcı xarakter daşıyır

- adi ağrıkəsici preparatlar bu ağrıya təsir etmir

- ağrı fiziki gərginlik zamanı (fiziki iş, idman, öskürək və s.) artır

- ağrı gecənin ikinci yarısında və səhərə yaxın daha güclü olur. İnsan yuxudan durandan sonra baş ağrısı 2-3 saat ərzində azalır.

Qusma da beyin xərçənginin əsas simptomlarından biri sayılır. Qusma daha tez-tez səhər acqarına olur, qida qəbulu ilə bağlı olmur və xəstəyə rahatlıq gətirmir.

Qıcolma (epilepsiya) tutmaları xəstəliyin ilk simptomu kimi əmələ gələ bilər. Buna mütləq ciddi fikir vermək lazımdır. Əgər belə tutmalar qəfildən insanın 20 yaşından sonra əmələ gələrsə, bu, çox təhlükəli simptomdur.

Beyin xərçənginin simptomlarından biri də başgicəllənməsi sayılır. Bu simptom daha gec inkişaf edir. Xəstədə görmə problemləri yaranır - gözlər dumanlanır, görmə zəifləyir. Bu, xüsusilə səhərlər baş verir.

Xəstəlik inkişaf etdikcə xəstədə yaddaşın, təfəkkürün, nitqin pozulması kimi simptomlar əmələ gəlir, insanın xasiyyəti dəyişilə bilər.

Beyin xərçənginin əmələgəlmə səbəbləri tibdə məlum deyil. Müalicənin uğurlu olub-olmaması xəstəliyin mərhələsindən, şişin yerləşməsindən, xəstənin yaşından və s. amillərdən asılıdır.

Məhz bu səbəbdən xəstəliyin ilk simptomlarında həkimə müraciət etmək lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO