100 yaşına kimi yaşamağın sirri açıldı

100 yaşına kimi yaşamağın sirri açıldı

Hazırda oxunan: 100 yaşına kimi yaşamağın sirri açıldı
31386
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Alimlər uzunömürlüyün daha bir sadə sirrini açıblar.

100 yaşa kimi çatanların unikal bağırsaq mikrobioması olduğu təsdiq olunub.

Bizim.Media xəbər verir ki, ABŞ və Yaponiya alimləri birgə uzunömürlülər barədə elmi araşdırmanın nəticələrini açıqlayıblar.

Onlar yaşı 100-ü keçmiş 160 nəfər yapon uzunömürlüsünün analizlərini götürərək, onların bağırsaq mikroflorasını yoxlayıblar. Məlum olub ki, orta yaşlılardan fərqli olaraq 90-100 yaşlıların bağırsağında ikincili öd turşuları adlandırılan bakteriyalar daha çoxdur.

Bunlar bağırsaqda zərərli patogenlərin çoxalmasının qarşısını alır, iltihabdan qoruyur, immun sistemi tənzimləyir.

Ona görə bu adamlar xroniki xəstəlik və viruslara qarşı davamlı olurlar.

Daha sonra alimlər laboratoriyada uzunömürlülərin nəcisinə patogen bakteriyalar olan Clostridioides difficile və Enterococcus faecium birləşdiriblər.

Məlum olub ki, ikincili öd turşuları effektiv şəkildə bakterial infeksiyaları aradan qaldırıb.

Beləliklə, aydın olub ki, insanın bağırsağının vəziyyətindən onun sağlamlığı və ömür müddəti asılıdır. Kimin bağırsaq mikroflorası sağlamdırsa, onu daha uzun ömür gözləyir. (medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO