
- A-
- A
- A+
Türkəm mən!
Əziz dostum Ramin Dəryaya
xa0
Salam olsun mənim şair dostuma
Bilirsənmi dünya durub qəsdimə.
Ey Türk oğlu, düşməninə bəs demə,
Zənn etmə ki, kafirlərdən hürkəm mən
Ağ Hunam, Oguzam, əski Türkəm mən.
xa0
Allahdan aldığım ilhamla, güclə
Gahdan İç Ox Uzla, gah Dış Ox Uzla.
Sivri qalxan ilə, əyri qılıncla
Yağıya qəddaram, ona görkəm mən
Ağ Hunam, Oguzam, əski Türkəm mən.
xa0
Tarixin yükünü çəkməz dəvələr,
Ey qoç babalardan miras nəvələr
Kafirlər tarixdə görmüşlər nələr.
Yenə də görsünlər səsi ötkəm mən,
Ağ Hunam, Oguzam, əski Türkəm mən.
xa0
Tarixə adını yazmış və yazır
Qılıncla düşmənin məzarın qazır.
Şəhadət şərbətin içməyə hazır
Bil nə sonuncuyam, nə də ilkəm mən ,
Ağ Hunam, Oguzam, əski Türkəm mən.
xa0
İlk məskən sayılır Ana ÖTÜKƏN,
Tarixi imzayla böyük köç edənə
Otuz min çinliylə təkcə cəng edən
O türk əsgəriyəm, qolu bərkəm mən
Ağ Hunam, Oguzam, əski Türkəm mən.
xa0
“Tanrinin qirmancı”x9d Atilla hanı?
Ey çaqqal sürüsü yerini tanı.
Qorxutmaz bizləri döyüş meydanı.
Tarixən vüqarlı, başı dikım mən
Ağ Hunam, Oguzam, əski Türkəm mən.
xa0
Dövlətlər qurmuşuq vaxtla, zamanla
Sən ey cahil insan, gəl bunu anla.
Tarixlər yazmışıq qılıncla, qanla,
Coğrafi məkanım, elim, bölgəm ,mən
Ağ Hunam, Oguzam, əski Türkəm mən.
xa0
Əyməz Zülfüqarı qanlar, qadalar
Döyüş meydanında ölər, ad alar.
Düşmənin başına yanar od olar
Gərilən əsəbim, övkəm, hikkəm ,mən,
Ağ Hunam,Oguzam, əski Türkəm mən.
xa0
Fərid Muradzadə (Zülfüqar Gileyli)
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































