İlon Mask orbitə bir dəfəyə 143 peyk buraxdı

İlon Mask orbitə bir dəfəyə 143 peyk buraxdı

Hazırda oxunan: İlon Mask orbitə bir dəfəyə 143 peyk buraxdı
9594
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın raket, peyk və kosmik gəmi istehsalçısı “SpaceX” şirkəti yanvarın 24-də “Transporter-1” missiyası çərçivəsində bir anda 143 peyki kosmosa buraxıb. Şirkət   bununla da 104 peyki orbitə göndərən Hindistanın rekordunu təzələyib.

Bizim.Media-nın “SpaceX”ın  rəsmi saytna istinadən verdiyi xəbərə görə, bundan əvvəl bir neçə dəfə mənfi hava şəraiti səbəbindən təxirə salınan “Transporter-1” missiyası ABŞ-ın Florida ştatındakı Canaveral bazasında uğurla həyata keçirilib.

Orbitə 133 ticarət və dövlət peyki, eləcə də 10 “Starlink” peyki daxil olmaqla 143 kiçik peyk yerləşdiriləcək.  

Şirkət raketdəki “Starlink” peyklərinin qütb orbitinə yerləşdirilən ilk peyk olacağını açıqlayıb.

Şirkətin rəhbəri  Elon Mask, “Starlink” layihəsinin növbəti mərhələsinin startını elan edib. Belə ki, yaxın müddətdə “Starlink”in ictimai beta testinə ABŞ-da və Kanadada başlanılacaq.

Müəyyən müddətdən sonra isə testlər digər ölkələrdə də keçiriləcək.

Bu cür testin keçirilməsində yeganə problem isə dövlət tərəfindən icazənin alınmasıdır. Hal hazırda şirkət rəhbərliyi bu problemi aradan qaldırmaq üzrə çalışır.

İltifat, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO