Hulusi Akardan Ukrayna taxılı ilə bağlı YENİ XƏBƏR

Hulusi Akardan Ukrayna taxılı ilə bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Hulusi Akardan Ukrayna taxılı ilə bağlı YENİ XƏBƏR
89916
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Ukrayna taxılının dünya bazarına çatdırılması məqsədilə yaradılan dəhlizin fəaliyyəti maneəsiz davam edir. Bu günə olan son məlumata əsasən, indiyədək Ukrayna limanlarından 721 min 449 ton taxıl daşınıb. Qarşıdan gələn günlərdə bu rəqəmin daha da artacağına inanırıq".

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
 

Türkiyənin terrorla mübarizənin fasiləsiz davam etdiyini bildirən nazir H. Akar ölkəsinin qonşu dövlətlər başda olmaqla bütün ölkələrin sərhədlərinə, suverenliyinə, hüquqlarına və ərazi bütövlüyünə hörmət etdiyini bir daha vurğulayıb.
 

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən 2015-ci il iyulun 24-dən həyata keçirilən əməliyyatlar nəticəsində indiyədək ümumilikdə 35 786 terrorçu zərərsizləşdirilib. Yanvarın 1-dən etibarən əməliyyatlar intensiv şəkildə davam edir. Bu müddət ərzində İraq və Suriyanın şimalında ümumilikdə 2517 terrorçu məhv edilib. “Pəncə-Kilid” əməliyyatı bölgəsində isə zərərsizləşdirilən terrorçu sayı 333-ə yüksəlib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO