İtkin düşən 6 yaşlı qızın meyiti tapıldı

İtkin düşən 6 yaşlı qızın meyiti tapıldı

Hazırda oxunan: İtkin düşən 6 yaşlı qızın meyiti tapıldı

88554

Rusiyanın Perm diyarında avqustun 12-dən hüquq-mühafizə orqanlarının əməkdaşları və könüllülər tərəfindən axtarılan altı yaşlı qızın meyiti tapılıb.  

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a İtkin düşən və Zərərçəkən Uşaqlara Yardım Milli Mərkəzinin icraçı direktoru Yekaterina Mizulina məlumat verib.  

O, uşağın ailəsinə və yaxınlarına başsağlığı verib.  

Qızın ölüm səbəbi hələ açıqlanmayıb.  Avqustun 12-də axşam qız Hagi Vagi oyuncağını almaq üçün Verxneçusovskiye Qorodki kəndindəki mağazaya gedib və yoxa çıxıb.  

Onu tapmağa kömək edəcək məlumat üçün 500 min rubl mükafat təyin edilib. İstintaq Komitəsi uşağın itkin düşməsi faktı ilə bağlı cinayət işi açıb.  

İdarədən bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 130-dan çox təsərrüfata, 100-dən çox nəqliyyat vasitəsinə baxış keçirilib, 100-dən çox şahid dindirilib. Bundan əlavə, məhkəmə-tibbi ekspertizalar təyin edilib. Daha əvvəl bildirilib ki, qızın axtarışında 600-ə yaxın adam iştirak edib: könüllülər, polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yerli sakinlər və jurnalistlər. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO