Trampla Putinin görüşü zamanı nə baş verib? - Gizli məqamlar açıqlandı

Trampla Putinin görüşü zamanı nə baş verib? - Gizli məqamlar açıqlandı

Hazırda oxunan: Trampla Putinin görüşü zamanı nə baş verib? - Gizli məqamlar açıqlandı
8783
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın hazırkı prezidenti Donald Tramp prezidentliyi tarixində onu təhdid edə biləcək sənədlərin saxlanılması qaydalarına qarşı ehtiyatsız davranıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” xəbər verir.

Bildirilir ki, Trampın "sənədləri cırmaq və sonra atmaq vərdişi" var. Bu səbəbdən də Ağ Evin sənədlərlə işləyən əməkdaşları onları saatlarla bir-birinə yapışdırmaq məcburiyyətində qalırlar.

Agentliyin bildirdiyinə görə, Ağ Evdəki qeydlərin düzgün qorunmaması ilə bağlı narahatlıq var.

Ağ Evin arxiv analitiki Solomon Lartie agentliyə bildirib ki, Trampa deyildi ki, bunu etməsin, amma dayandırmaq mümkün olmadı.

Agentlik, Trampın 2017-ci ildə Hamburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə iştirak edən bir tərcüməçinin qeydlərini "ələ keçirdiyini" bildirir.

Bundan başqa, bildirilir ki, Trampın əməkdaşları yazışmalar zamanı şəxsi e-poçtdan və mesajlaşma tətbiqlərindən istifadə etdilər.

Medianın yazdığına görə, Ağ Evin keçmiş müşaviri Don Makqan 2017-ci ilin fevralında Trampın əməkdaşlarına bu cür şübhəli tətbiqetmələrdən imtina etmələrini bildirib.

Bununla belə bildirilir ki, Trampın sənədlərin saxlanmasını tələb edən qaydalara əməl etməməsi heç bir qanuni məsuliyyət yaratmır. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO