Britaniyada istefa verən 2 nazirin yerinə TƏYİNAT – ADLAR - FOTO

Britaniyada istefa verən 2 nazirin yerinə TƏYİNAT – ADLAR - FOTO

Hazırda oxunan: Britaniyada istefa verən 2 nazirin yerinə TƏYİNAT – ADLAR - FOTO
82511
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniyada istefa verən iki nazirin yerinə yeniləri təyin olunub.

Bizim.Media xəbər verir ki, təhsil naziri vəzifəsini icra edən Nadim Zahavi Britaniyanın yeni maliyyə naziri, Nazirlər Kabinetinin Baş qərargah rəisi Stiv Barkley isə səhiyyə və sosial müdafiə naziri təyin olunublar.

1967-ci ildə Bağdadda doğulan Nadim Zahavi Səddam Hüseyn rejiminin təhdidləri səbəbindən 9 yaşında İraqı tərk edib. Britaniyaya köç edərək Sasseks bölgəsində yaşayan Zahavi Kral Kollecində (King’sCollage School) təhsil alıb.

Mikele Donelan isə Zahavinin yerinə təhsil naziri təyin olunub. İlk dəfə 2015-ci ildə Mühafizəkarlar Partiyasından Millət vəkili seçilən Donelan 2017 və 2019-cu illərdə də təkrar parlamentin üzvü seçilib.
Qeyd edək ki, maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid öz vəzifələrindən istefa veriblər.

Bizim.Media

Britaniyada istefa verən 2 nazirin yerinə TƏYİNAT – ADLAR - FOTO - foto 1
Britaniyada istefa verən 2 nazirin yerinə TƏYİNAT – ADLAR - FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO