Rusiya-Ukrayna müharibəsinin QALİBİ kim olacaq? – Ekspert ADI AÇIQLADI 

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsinin QALİBİ kim olacaq? – Ekspert ADI AÇIQLADI 

66038

“30 ilə yaxın BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi 4 qətnamənin heç birinin icrasına qərb ölkələri tərəfindən təşəbbüs göstərilmədi. Onlar Azərbaycanın torpaqları işğalda olduğu müddət ərzində başımızın altına yastıq qoymaqla məşğul idilər. ATƏT-in MİNSK qrupu isə yarandığı gündən ikinci Qarabağ müharibəsinə qədər heç bir adekvat iş ortaya qoya bilmədilər”.

Bu sözləri hərbi-siyasi ekspert Elçin Axundzadə Bizim.Media-ya verdiyi müsahibədə Fransanın ATƏT-dəki mövqeyinə istinadən söyləyib. Müsahibəni diqqətinizə təqdim edirik:

- Elçin müəllim, Qarabağdakı erməni separatçılarının “Xalqların öz müqəddəratını həll edə bilmə məsələsini” tez-tez gündəmə gətirməkdə məqsədləri nədir?  

- BMT-nin nizamnaməsində də bu müddəa öz əksin tapıb ki, xalqlar öz müqəddəratını həll edə bilərlər. Lakin bu zaman həmin azsaylı xalqların yaşadıqları dövlətin konsitutsiyasına və qanunvericiliyinə zidd bir hal olmamalıdır. Əks halda isə məhz bu amil yeni bir münaqişənin başlanğıcı ola bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynada müharibənin bitməyəcəyini göstərən 8 SƏBƏB


Separatçıların indiki məqamda belə bir məsələ qaldırmaları cəfəngiyyatdır. Onların rəhbərlikləri bu kimi məsələləri gündəmə atmaqla öz insanlarını aldatmaq və hakimiyyətdə qalmaq üçün daha çox vaxt əldə etməyə çalışırlar.

Təəsüf ki, Qarabağda hələ də silahlı separatçı erməni dəstələri qalmaqdadır. Məhz Hadrutda komanda məntəqələrinin açılması onlara ünvanlanmış bir mesajdır. Xocalı da, Xankəndi də Azərbaycanın əzəli və beynəlxalq səviyyədə tanınmış əraziləridir. İstənilən vaxt Azərbaycan öz ərazisini separatçılardan təmizləyə bilər. Bu Azərbaycanın suveren və konstitusion haqqıdır.

- Bəs uzun müddətdir gündəmi zəbt edən Ukrayna-Rusiya müharibəsinə münasibətiniz necədir?

- Mənim  Çin filosofunun fikirlərinə istinadən vurğuladığım bir məqam var: “İki tərəf müharibə edəndə, həmişə qalib üçüncü tərəf olur”. Məsələn Ermənistan- Azərbaycan müharibəsi regionun zamanla başqa bir dövləti olan Gürcüstanı qalib tərəfə çevirdi. O mənada ki, enerji və neft-qaz kəmərləri Gürcüstanın ərazisindən keçməyə başladı. Əgər bu xəttlər Ermənistandan keçsəydi Azərbaycan daha az maddi məbləğ itirəcəkdi, Ermənistan isə daha çox gəlir əldə edəcəkdi. İstisna deyil ki, bu qaydalar İkinci Qarabağ müharibəsindən sonra da Ermənistana təklif edildi,  lakin onlar  tarixi ədavət prinsiplərinə sadiq qalaraq, real qazanclarını uydurma məqsədlərinə qurban verdilər.

Müharibə qutarandan sonra Ukrayna və Rusiya iqtisadiyyatlarının bərpa olunmasına illər lazım olacaq.

Sosial şəbəkələrdə bəziləri Ukrayna, bəzi insanlar isə Rusiyaya doğru yönəlmiş çağırışlar edirlər. Mən isə meyar olaraq Azərbaycan dövlətinin ortaya qoyduğu yanaşmanı götürürəm.

Həm Ukrayna, həm də Rusiya ilə Azərbaycanın iqtisadi və tarixi əlaqələri var. Bu gün Azərbaycan siyasəti tərəflər arasında sülhün bərqərar olmasına doğru yönəlib. Çünki müharibə hər iki tərəfin iqtisadiyyatına milyardlarca ziyan vurur və eyni zamanda da kütləvi insan təlafatına səbəb olur. Müharibə başlamazdan öncə dövlət başçımızın hər iki ölkəyə səfəri oldu.

Ukrayna iqtisadiyyatına da Azərbaycanın yatırımları ilə bağlı hər iki dövlət başçılarının təsdiq etdiyi müqavilələr imzalandı. Daha sonra isə Rusiya ilə müttəfiqlik müqaviləmiz imzalandı. Bu gün Azərbaycanın müharibədə tərəf tutmadan iştirakı region dövləti kimi çox önəmlidir.

- Qərbin mövcud müharibəyə yanaşması sizcə doğrudur?

- Ukrayna-Rusiya müharibəsində Qərbin ikili standartarı var. İlkin olaraq birinci Qarabağ müharibəsində, daha sonra isə İraq və Suriya bombalananda, oradakı insanlar qaçqın düşəndə qərb öz maraqları naminə bu kimi halları görməzdən gəldi.

- Sizcə Qərbin Cənubi Qafqazdakı maraqları bəs nəyə köklənib?

- 30 ilə yaxın BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi 4 qətnamənin heç birinin icrasına qərb ölkələri tərəfindən təşəbbüs göstərilmədi. Onlar Azərbaycanın torpaqları işğalda olduğu müddət ərzində başımızın altına yastıq qoymaqla məşğul idilər. ATƏT-in MİNSK qrupu isə yarandığı gündən ikinci Qarabağ müharibəsinə qədər heç bir adekvat iş ortaya qoya bilmədilər.

Bu yaxınlarda Fransa Parlamentində heç bir obyektiv və subyektiv əsasları olmayan Azərbaycanın ərazi bütövlüyünə zidd bir sənəd qəbul olundu. Halbuki Fransa uzun illər ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını üzərinə götürmüşdü. Məncə bu qəbul etdikləri sənəd onların işlərinin hansı səviyyədə olmasına ən bariz sübutdur.

Buna görə də real çıxış yolumuz güclü iqtisadiyyata sahib olmaqdır. Çünki iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

İqtisadi yüksəliş mütləq olaraq son nəticədə hərbi yüksəlişə gətirib çıxaracaq. Amma sırf hərbiyə sərmayə qoymaq naminə iqtisadi geriliklərlə razılaşmaq təhlükəyə səbəb olar.

Düşünürəm ki, Azərbaycan siyasi rəhbərliyinin də maraqları məhz iqtisadi yüksəlişə doğru köklənib.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO