Ukraynada müharibənin bitməyəcəyini göstərən 8 SƏBƏB

Hazırda oxunan: Ukraynada müharibənin bitməyəcəyini göstərən 8 SƏBƏB

65910

Fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə bütün dünyada əsas müzakirə predmeti olaraq qalmaqdadır. Gedişatı ilə bağlı fərqli proqnozların verildiyi döyüş əməliyyatları ilə bağlı əksəriyyətin fikri isə ortaqdır:

Müharibə hələ uzun müddət davam edəcək...

Bəs, bu proqnozla çıxış edənlərin əsas istinad etdikləri səbəblər hansılardır?

Bizim.Media xəbər verir ki, Ukraynada müharibənin uzanacağını və Şərqi Avropada “yeni Suriya”nın yaranacağını ehtimal edənlər əsasən aşağıdakı səbəbləri ön plana çıxarırlar:

1. Geri addım atmaq Rusiya hakimiyyətinin sonu deməkdir. Qeyd olunur ki, Ukraynada müharibənin bu qədər uzanması və rus ordusunun hələ də böyük uğur qazana bilməməsi onsuz da Rusiya ordusu ilə bağlı bütün dünyada inanılan miflərin dağılması deməkdir. Əgər Rusiya silahlı qüvvələri bu nəticə ilə barışıb, Ukraynanı Əfqanıstanda olduğu kimi əliboş tərk edərlərsə, Kreml üçün sonluq heç də SSRİ-dən fərqli olmayacaq.

2. Rusiya Ukraynanı işğal etsə belə, ukraynalılar əsarətlə barışmayacaqlar. Bu ideyanın doğuruluq payı heç də az deyil. Çünki 2014-cü ildən fərqli olaraq, etnik ruslar belə Rusiya ordusunu gül-çiçəklə yox, “molotof kokteyli” ilə qarşıladılar və Moskva Kiyevdə oyuncaq hakimiyyət qursa belə onun heç bir sosial dayağı olmayacaq.

3. Müharibənin uzanmağı ən çox ABŞ-ın işinə yarayır, ona görə də hər vəchlə konfliktin uzanması üçün əllərindən gələni edəcəklər. Məlumdur ki, Rusiyanın sanskiyalar qarşısında zəifləməsi və əsas hərbi rəqibin sıradan çıxması, ABŞ üçün iqtisadi opponent olan Çinlə baş-başa savaşmaq üçün önəmli fürsət yaradacaq. Buna görə də, müəyyən səviyyədə müttəfiq hesab olunan (ən azı Qərbə qarşı) iki gücə qarşı “parçala, hökmranlıq et” siyasəti Ağ Ev tərəfindən əsas məqsəd seçilə bilər.

4. Ukraynanın məğlubiyyəti digər Şərqi Avropa ölkələrini növbəti hədəfə çevirə bilər. Bu səbəbdən dolayı da, NATO üzvü olan və əksəriyyətini slavyan xalqları təşkil edən Şərqi Avropa ölkələri Ukraynanın məğlubiyyətindən sonra özlərinin hədəfə çevriləcəyini düşünürlər. Ona görə də Ukraynanın sonadək müqavimət göstərməsi üçün bu ölkələr əllərindən gələni əsirgəməyəcəklər.

5. Ukrayna hökuməti heç bir halda işğalla barışmayacaq və Kiyev alınsa belə digər ərazilərdən müqaviməti davam etdirəcəklər. Bu gün Zelenski başda olmaqla Ukrayna iqtidarının möqeyinin bu formada olduğu aydın şəkildə sezilir. Çünki rus desantları Kiyevə daxil olsalar da, Rusiya artileriyası və qırıcıları paytaxtın mərkəzini bombalasalar da Zelenski heç bir halda iqamətgahını tərk etmədi və mübarizəyə davam etdi. Belə görünür ki, Kiyevi müdafiə etmək mümkün olmasa belə, Ukrayna iqtidarı təslim olmaq variantını qəbul etməyəcək.

6. Savaş itkilərinə, Rusiya iqtisadiyyatına və hərbi potensialına vurulan zərbəyə baxaraq deyə bilərik ki, Şimal qonşumuzun müharibənin ilk günlərində olduğu kimi hücum əməliyyatlarının ikinci dalğasına başlamaq potensialı xeyli azdır. Geri addım variantının məğlubiyyət kimi qəbul olunacağını, eyni zamanda havadakı məğlubiyyəti nəzərə alaraq Ukraynanın irimiqyaslı əks-hücum əməliyyatlarına başlamayacağını ehtimal etikdə, döyüşlərin uzun müddət davam edəcəyi daha real görünür.

7. Danışıqlarda tərəflərin irəli sürdüyü şərtlərin qəbuledilməzliyi savaşdan başqa seçim buraxmır. Hər iki tərəfin rəsmilərinin açıqlamalarında irəli sürülən təkliflərin qarşı tərəfin faktiki məğlubiyyəti demək olduğu aşkar görünür. Bu səbəbdən nə Ukrayna öz ərazi suverenliyindən geri addım atacaq, nə də Rusiya “qırmızı xətlər”inin məğlubiyyəti bahasına tapdanmasına izin verəcək.

8. Könüllülərin gəlişi savaşın Rusiya-Ukrayna məcrasını dəyişəcək. İstər Yaxın Şərqdən gələnlərə Rusiya tərəfdə, istərsə də dünyanın müxtəlif yerlərindən gələnlərə Ukrayna ordusu sıralarında döyüşlərə qatılan qüvvələrin vahid komandanlığa tabe olaraq müharibə bitsə belə döyüşlərdən geri çəkiləcəyi real görünmür. Çünki tarix boyu muzdlular üçün hərbi qənimətlər bütün dəyərlərdən ön planda olub.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO