Dardanel boğazında

Dardanel boğazında "Çanaqqala-1915" körpüsü açılır

Hazırda oxunan: Dardanel boğazında "Çanaqqala-1915" körpüsü açılır
65441
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Dardanel boğazı üzərində "Çanaqqala-1915" asma körpünün istifadəyə verilməsi mərasimi baş tutacaq. 

Bizim.Media Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Çanaqqala döyüşündəki tarixi qələbənin 107-ci ildönümünə həsr olunan asma körpünün açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. 

Dardanel boğazının Avropa və Asiya sahillərini ilk dəfə birləşdirəcək "Çanaqqala -1915" körpüsünün tikintisinə 5100 nəfər və 740 ədəd tikinti texnikası cəlb olunmuşdur. 

Altı hərəkət zolaqlı (hər istiqamətdə üç zolaq) asma körpünün ümumi uzunluğu 4 608 metrdir. Beləliklə, "Çanaqqala 1915" körpüsü dünyanın ən uzun orta aşırımlı asma körpüsüdür. 
Layihənin həyata keçirilməsi İstanbuldan ölkənin Egey bölgəsinə alternativ və daha qısa marşrut yaradacaq. Yeni nəqliyyat marşrutu turizmin inkişafına mühüm töhfə verəcək, Türkiyənin qərbindən və şimal-qərbindən malların tədarükünü asanlaşdıracaq, Asiya ilə Avropa arasında nəqliyyatı asanlaşdıracaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO