Batumi aeroportunda "Beşiktaş" azarkeşləri ilə israillilər arasında insident - Anbaan video

Batumi aeroportunda "Beşiktaş" azarkeşləri ilə israillilər arasında insident - Anbaan video

Hazırda oxunan: Batumi aeroportunda "Beşiktaş" azarkeşləri ilə israillilər arasında insident - Anbaan video
650170
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrailli və türkiyəli azarkeşlər arasında növbəti insident bu dəfə stadionda deyil, Batumi hava limanında baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumatlar yayılıb.

Məlumata görə, israilli azarkeşlərdən biri ölkəsinin “Hapoel” futbol klubunun bayrağını nümayiş etdirərək “Beşiktaş” azarkeşlərinin qəzəbinə səbəb olub.

Polis müdaxilə edərək kütləvi davanın başlamasının qarşısını alıb.

Qeyd edək ki, noyabrın 26-da Batumidə keçirilən “Beşiktaş” – “Hapoel” matçı zamanı da azarkeşlər arasında kütləvi qarşıdurma yaşanmışdı.

Türkiyəli azarkeşlərin Fələstin bayraqları qaldırması və İsrail əleyhinə şüarlar yazılmış plakatlar nümayiş etdirməsi gərginliyə səbəb olmuşdu.

Hadisə zamanı saxlanılan Türkiyə klubunun 16 azarkeşi ertəsi gün sərbəst buraxılmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO