“Apple”dan 2027-ci ilə böyük hazırlıq: Altı yeni telefon gəlir

“Apple”dan 2027-ci ilə böyük hazırlıq: Altı yeni telefon gəlir

Hazırda oxunan: “Apple”dan 2027-ci ilə böyük hazırlıq: Altı yeni telefon gəlir
650179
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Apple” 2027-ci ildə altı yeni “iPhone” modelini təqdim edə bilər.

Bizim.Media xəbər verir ki, şirkətin gələn il smartfon təqdimatlarını iki mərhələdə keçirməyi planlaşdırdığı bildirilir.

Belə ki, yaz aylarında “iPhone 18”, büdcə seqmentinə aid “iPhone 18e” və yenilənmiş nazik “iPhone Air 2” modellərinin təqdimatı gözlənilir. Payızda isə şirkət qatlanan smartfon da daxil olmaqla, üç yeni premium modelini nümayiş etdirə bilər.

Yeni modellərdə gözlənilən yeniliklər aşağıdakılardır:

iPhone 18 – A20 prosessoru və təkmilləşdirilmiş soyutma sistemi ilə təchiz olunacaq. Təqdimatın mart ayında keçirilməsi gözlənilir.

iPhone 18e – əvvəlki ekranını qoruyacaq, lakin A20 çipi və yenilənmiş kvadrat formalı kamera bloku ilə təchiz ediləcək.

iPhone Air 2 – daha nazik korpusa, əlavə kameraya və daha tutumlu batareyaya sahib olacaq.

iPhone 20 Pro və Pro Max – əhəmiyyətli dərəcədə dəyişdirilmiş dizayn, əyri ekran və minimal çərçivələrlə təqdim oluna bilər. “Apple”ın yubiley seriyasına keçid etmək üçün “iPhone 19” modelini buraxmaya biləcəyi iddia olunur.

iPhone Duo 2 – qatlanan smartfonun ikinci nəsli daha yüngül olacaq, təkmilləşdirilmiş kameralar və A21 Pro prosessoru ilə təchiz ediləcək. Ekranların ölçüsü və formatının dəyişməyəcəyi ehtimal edilir.

Qeyd edək ki, bütün bu məlumatlar hələlik sızmalar və proqnozlara əsaslanır. “Apple” gələcək cihazların təqdimat tarixlərini və texniki xüsusiyyətlərini rəsmi şəkildə təsdiqləməyib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO