“Almaniya “Könüllülər koalisiyası”nın görüşünün təşkili üzərində işləyir”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram kanalında yazıb.
O, Almaniya kansleri Fridrix Mertslə telefon danışığı apardığını bildirib. Tərəflər Rusiyanın enerji obyektlərinə hücumlarını, Ukraynaya maliyyə dəstəyini və Avropanın təhlükəsizliyini müzakirə ediblər.
Həmçinin “E3 – Ukrayna” formatında milli təhlükəsizlik üzrə müşavirlərin görüşünün keçirilməsi barədə razılıq əldə olunub.
Ukrayna lideri müzakirələrin bu həftə keçiriləcək görüşdə daha ətraflı davam etdiriləcəyini qeyd edib.
Bizim.Media


































































































