Lavrov Kuleba ilə görüşdən DANIŞDI: “Biz Ukraynaya hücum etməmişik” - VİDEO

Hazırda oxunan: Lavrov Kuleba ilə görüşdən DANIŞDI: “Biz Ukraynaya hücum etməmişik” - VİDEO

64046

“Bizim qərbli tərəfdaşlarımız Ukraynaya ölümcül silahlar göndərir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Kulebadan Lavrovla görüş barədə İLK AÇIQLAMA: “Danışıqlar çətin keçdi” 


“Bizim digər ölkələrə hücum etmək fikrimiz yoxdur. Heç Ukraynaya da hücum etməmişik. Sadəcə xəbərdarlıq edirik. Bütün əməliyyatlar plan üzrə gedir. Rusiya Ukraynanın militariziyasını istəmir. İstər NATO ilə, istərsə də NATO-suz”, - o bildirib.

Lavrov Ukraynaya silah göndərənlərin məsuliyyət daşıdığını vurğulayıb:

“Muzdlu döyüşçüləri həvəsləndirənlər buna görə məsuliyyət daşıyacaqlar. Biz Ukraynanın neytral ölkə olmasını istəyirik. NATO-nun genişlənməsinə qarşı çıxmaqla, biz heç bir şəkildə Ukraynanın təhlükəsizliyinə qarşı çıxmırıq. Ümid edirik ki, bu böhrandan sağlam şəkildə çıxacağıq.”

XİN başçısı əlavə edib ki, Rusiya və Ukrayna arasında Belarusda aparılan danışıqların alternativi yoxdur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO