Kulebadan Lavrovla görüş barədə İLK AÇIQLAMA: “Danışıqlar çətin keçdi” 

Hazırda oxunan: Kulebadan Lavrovla görüş barədə İLK AÇIQLAMA: “Danışıqlar çətin keçdi” 

64043

“Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar çətin keçdi”.  

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə, Rusiya və Ukrayna XİN başçılarının görüşü başa çatdı - YENİLƏNİB - FOTO/VİDEO


Dmitri Kuleba bildirib ki, tərəflər hələ də atəşkəslə bağlı qərara gələ bilməyiblər:

“Lavrov humanitar dəhlizlə bağlı öhdəlik götürməyib. Lakin bu məsələ ilə bağlı aidiyyatı qurumlarla danışacağını söylədi. Əgər həll yoluna ehtiyac yaranarsa, yenidən görüşməyə razıyam. Biz müharibəni dayandıra bilmirik. Bizə hücum edən ölkə və dövlət bunu istəməsə, biz müharibəni dayandıra bilməyəcəyik”.

O, həmçinin görüş üçün Mövlud Çavuşoğluna təşəkkür edib: “Bu, müharibədən sonra Ukrayna və Rusiya XİN başçılarının ilk görüşü idi. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO