Zelenskidən Avropa ölkələrinə XƏBƏRDARLIQ: “Sonra gec olacaq” 

Hazırda oxunan: Zelenskidən Avropa ölkələrinə XƏBƏRDARLIQ: “Sonra gec olacaq” 

63973

“Biz Rusiyaya qarşı müharibəni tək dayandıra bilmərik. Bunun üçün dünya xalqları gec olmadan birləşməlidir”. 

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky news”a müsahibəsində deyib. 

Qərb dövlətlərini Ukraynanın hava məkanını bağlamağa çağıran Zelenski bunu tez bir zamanda etmək lazım olduğuna diqqət çəkib: 
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna Müdafiə Nazirliyi son durumu açıqladı


“Əgər bunu indi eləməsəniz, sonra gec olacaq və durum daha da pisləşəcək. İnanın mənə, proseslər belə davam etsə, nə vaxtsa hava məkanını bağlayacaqlar. Amma bu, milyonlarla insanın canı hesabına başa gələcək. Üçüncü dünya müharibəsi başlayacaq və yalnz bundan sonra Qərb ölkələri qadağa zonası elan edəcək. Bir daha deyirəm, onda gec olacaq. Rusiya bizim ölkəni işğal edə bilər, amma qalib gələ bilməz. Biz Putinlə danışmağa cəhd etdik, lakin bu, nəticə vermədi. Qərb isə təəssüf ki, nəsə etmədi”. 

V.Zelenski hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə kifayətlənməyəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO