Ukrayna Müdafiə Nazirliyi son durumu açıqladı

Hazırda oxunan: Ukrayna Müdafiə Nazirliyi son durumu açıqladı

63972

Ukrayna xalqının Rusiya hərbi qüvvələrinə qarşı  müqavimətinin on beşinci günü başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi “Facebook” səhifəsində məlumat paylaşıb. 

“Ukrayna Müdafiə Qüvvələri Rusiya Silahlı Qüvvələrinin Donetsk, Slobojanski və Tavriyada hücumunu dayandırmaqda davam edir. Xarkov və Axtırka şəhərləri müdafiə olunur. Əsas səylər düşmənin cənub-şərq istiqamətində irəliləməsinin qarşısının alınmasına yönəldilib. Mariupol şəhərinin dairəvi müdafiəsi davam edir” – deyə məlumatda qeyd edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski Putinlə danışıqlara hazır olduğunu AÇIQLADI


​​​​​​​Bildirilib ki, eyni zamanda, Belarus Respublikası ilə dövlət sərhədinin bağlanması prosesi davam edir:

“Seversk vilayətində ukraynalı müdafiəçilər Çerniqov şəhərinin müdafiəsini həyata keçirirlər. Düşmənin Kiyev istiqamətində irəliləməsinin qarşısını almaq üçün tədbirlər görülür. Cənub istiqamətində Rusiya hərbi qüvvələri Krivoy Roq, Nikolaev, Voznesensk və Xerson vilayətinin Novovorontsovka qəsəbəsi istiqamətlərində sıxışdırılır”. 

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının raket bomba zərbələrinin qarşısını alır, ölkənin vacib obyektlərini və qoşun bölmələrini hava hücumundan müdafiə edir. Son iki gündə Rusiyanın dörd “Su-25” qırıcısı və iki helikopteri məhv edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO