Fransanın dövlət borcu 3,6 trilyon avroya yaxınlaşdı

Fransanın dövlət borcu 3,6 trilyon avroya yaxınlaşdı

Hazırda oxunan: Fransanın dövlət borcu 3,6 trilyon avroya yaxınlaşdı

639425

Fransanın dövlət borcu 2026-cı ilin ikinci rübünün yekunlarına görə tarixi maksimumunu yeniləyərək 3,6 trilyon avroya yaxınlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə sentyabrın 29-da ölkənin Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (Insee) məlumat yayıb.
 

“2026-cı ilin ikinci rübünün sonunda Maastrixt meyarlarına əsasən hesablanan dövlət borcu 3 trilyon 595,5 milyard avro təşkil edib”, - deyə məlumatda bildirilir.


Bu göstərici cari ilin birinci rübü ilə müqayisədə 59,6 milyard avro artıb. Fransanın dövlət borcunun ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbəti 119 faizə çatıb. Bu göstəriciyə görə Fransa Avropa İttifaqında Yunanıstan və İtaliyadan sonra üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin birinci rübündə Fransanın dövlət borcu tarixdə ilk dəfə 3,5 trilyon avronu ötüb. Bundan sonra Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi 2026–2027-ci illərdə yeni antirekordların qeydə alınacağını proqnozlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO