Qətərdən fors-major qərar: Avropa və Asiyaya qaz tədarükünü dayandırdı

Qətərdən fors-major qərar: Avropa və Asiyaya qaz tədarükünü dayandırdı

Hazırda oxunan: Qətərdən fors-major qərar: Avropa və Asiyaya qaz tədarükünü dayandırdı
639251
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qətərin dövlət şirkəti "QatarEnergy" Hörmüz boğazında gəmiçiliklə bağlı davam edən fasilələr səbəbindən asiyalı və avropalı alıcılara mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükünə dair fors-major rejiminin müddətini uzadıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinin məlumatına görə, tədarükün ləğvi barədə bildirişi Pakistan və Banqladeş alıb - onlar üçün məhdudiyyətlər noyabr ayına qədər uzadılıb.

İtaliyanın "Edison" energetika şirkəti də bəyan edib ki, onlara ediləcək tədarüklər dekabrın əvvəlinə kimi dayandırılıb. Analoji bildirişi ən azı bir Hindistan idxalçısı da alıb.

"Bloomberg" qeyd edir ki, Qətər tərəfindən tətbiq edilən bu məhdudiyyətlər Avropa İttifaqı (Aİ) ölkələrinə yeraltı MTQ anbarlarını planlaşdırılan müddətdə doldurmağa mane olacaq.
 

Bu, artıq ilk belə addım deyil: ABŞ və İran arasında müharibə başlayandan bəri "QatarEnergy" ayda təxminən bir dəfə fors-major rejimini yeniləyir və müqavilə əsasında nəzərdə tutulmuş tədarükləri ləğv edir. Məhdudiyyətə məruz qalan ümumi yüklərin sayı 29-a çatıb ki, bu da təxminən 3,8 milyard kubmetr qaza bərabərdir.


Qeyd edilib ki, buna səbəb Hörmüz boğazındakı vəziyyətdir. İran boğazın açılması üçün şərtləri yumşaltmaq niyyətində deyil, ABŞ ilə danışıqlar isə dalana dirənib. Əvvəllər qlobal MTQ tədarükünün təxminən beşdə biri bu boğaz vasitəsilə həyata keçirilirdi və Qətərin ixrac üçün demək olar ki, heç bir alternativ marşrutu yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO