Ukrayna Müdafiə Nazirliyində QALMAQAL: 4-cü rübün vəsaitləri əvvəlcədən xərclənib

Ukrayna Müdafiə Nazirliyində QALMAQAL: 4-cü rübün vəsaitləri əvvəlcədən xərclənib

Hazırda oxunan: Ukrayna Müdafiə Nazirliyində QALMAQAL: 4-cü rübün vəsaitləri əvvəlcədən xərclənib
637245
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə Nazirliyi sabiq nazir Mixail Fedorovun rəhbərliyi dövründə 4-cü rüb üçün nəzərdə tutulmuş vəsaitlərin bir hissəsini vaxtından əvvəl xərcləyib.

Bizim.Media xəbər verir ki, bunu xalq deputatı Mixail Tsımbalyuk bəyan edib.

Deputatın sözlərinə görə, həmin vəsaitlər cari ilin birinci və ikinci rüblərində istifadə edilib, müvafiq müqavilələr isə artıq bağlandığından ilin sonuna qədər hərbçilərin maaş və təminat ödənişlərində çatışmazlıq yaranmaması üçün Nazirlər Kabineti dərhal dövlət büdcəsinə dəyişikliklər etməlidir.

Xatırladaq ki, sentyabrın əvvəlində hökumət hərbçilərin ödənişləri üçün 33,6 milyard qrivna yenidən bölüşdürmüşdü.

Eyni zamanda, "Reuters" agentliyinin məlumatına görə, Ukrayna 2026-cı ilin sonuna qədər əlavə olaraq təxminən 27 milyard dollar məbləğində müdafiə maliyyələşdirməsinə ehtiyacı olduğunu tərəfdaşlarına bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO