2026-cı ildə Atlantik okeanında hələ də bir dənə də olsun qasırğa formalaşmayıb, baxmayaraq ki, mövsüm artıq pik həddinə çatıb.
Mövsümün əvvəlindən Atlantikada cəmi beş nisbətən zəif və qısamüddətli tropik qasırğa (ştorm) yaranıb. 2026-cı il peyk erasından etibarən mövsümün əvvəlindən bəri qasırğasız dövrün davamlılığına görə rekord vurub.
Bizim.Media xəbər verir ki, ABŞ-ın Milli Qasırğa Mərkəzinin məlumatına görə, hazırda Atlantikada tropik siklonlar yoxdur. Regionda ümumi qasırğa fəallığı ilin bu dövrü üçün normanın yalnız 7%-ni təşkil edir.
Mütəxəssislər qeyri-adi dərəcədə sakit keçən mövsümü güclü "El-Ninyo" ilə əlaqələndirirlər. Güclənən külək formalaşmaqda olan ştormları dağıdır, quru hava və enən hava axınları isə onların inkişafına əlavə olaraq mane olur.
Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, mövsüm hələ başa çatmayıb. Xüsusilə, Meksika körfəzindəki şərait payızın sonlarında güclü ştormların yaranması üçün daha əlverişli olaraq qalır.
Kontinentin əks tərəfində isə vəziyyət fərqlidir. Sakit okeanın şərq hissəsində tropik siklonların fəallığı adi göstəriciləri demək olar ki, iki dəfə üstələyir.
Bizim.Media



































































































