Ölümcül virus sürətlə yayılır – Həyatını itirənlərinsayı 3400 nəfəri ÖTDÜ

Ölümcül virus sürətlə yayılır – Həyatını itirənlərinsayı 3400 nəfəri ÖTDÜ

Hazırda oxunan: Ölümcül virus sürətlə yayılır – Həyatını itirənlərinsayı 3400 nəfəri ÖTDÜ

636192

Kongo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş Ebola infeksiyasına yoluxanların sayı 7 mini, epidemiyadan həyatını itirənlərin sayı isə 3 400-ü ötüb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, KDR hökumətinin epidemioloji vəziyyətə dair dərc etdiyi son rəsmi hesabatda sentyabrın 10-dək 7 022 təsdiqlənmiş yoluxma və 3 398 ölüm faktı qeydə alınıb. 

Bu göstəricilərlə xəstəlikdən ölüm faizi 48,4% təşkil edib. Müalicə olunaraq sağalanların sayısı isə 1 671 nəfərdir.

Epidemiya artıq ölkənin yeddi əyalətində 62 tibb zonasını əhatə edib. Son olaraq Cənubi Ubanqi əyalətində də ilk ölüm halı təsdiqlənib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, daha əvvəl Cənubi Kivu əyalətində olmuş 23 yaşlı kişi xəstəlikdən vəfat edib. Cənubi Ubanqinin bundan əvvəl xəstəliyin tüğyan etdiyi digər 6 əyalətlə (İturi, Şimali Kivu, Cənubi Kivu, Yuxarı Uele, Çopo və Aşağıkı Uele) həmsərhəd olmaması infeksiyanın coğrafiyasının kəskin genişləndiyini göstərir.

Qeyd edək ki, bu ilin may ayında elan edilən mövcud alovlanma KDR tarixinin ən böyük və ən ölümcül Ebola epidemiyası hesab olunur.

Qlobal miqyasda isə bu, 2014–2016-cı illərdə Qərbi Afrikada baş verən dəhşətli epidemiyadan sonra dünyada qeydə alınan ikinci ən böyük Ebola dalğasıdır.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO