ABŞ-də ölkə tarixinin ən böyük pivə oğurluğu: Tapılması üçün maraqlı elan verildi

ABŞ-də ölkə tarixinin ən böyük pivə oğurluğu: Tapılması üçün maraqlı elan verildi

Hazırda oxunan: ABŞ-də ölkə tarixinin ən böyük pivə oğurluğu: Tapılması üçün maraqlı elan verildi

633609

"Pabst Blue Ribbon" pivə istehsalçısı, göyərtəsində təxminən 50 min şüşə içki olan və ümumi çəkisi 18 tona yaxın yük avtomobilinin yoxa çıxdığını bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə şirkət nümayəndələri "Instagram" sosial şəbəkəsində yazıblar.

Amerika mediasında baş verən bu hadisə artıq ABŞ tarixindəki ən böyük pivə oğurluğu kimi xarakterizə edilib.

Şirkət nümayəndələri istehzalı bir dillə cinayətkarlara müraciət edərək, oğurlanmış əmlakı heç bir şikayət və iddia olmadan geri qaytarmağı təklif ediblər.

Bunun üçün son müddət olaraq 18 gün və 44 dəqiqə vaxt qoyulub (şirkətin tarixi 1844-cü ildən başlayır). Şirkət, həmçinin avtomobilin tapılmasına kömək edəcək hər hansı etibarlı məlumata görə mükafat veriləcəyini vəd edib və bəyanatlarının tam ciddi olduğunu vurğulayıb. 

"Pabst" şirkətinin rəhbərliyi qaçırılan yük avtomobilinin axtarışlarını davam etdirir.

Onlar sosial şəbəkədəki yeni paylaşımlarında vaxtın daraldığını, pivənin isə keyfiyyətini itirməyə başladığını xatırladaraq, izləyicilərdən itən nəqliyyat vasitəsini görən olarsa, şəklini çəkib onlara göndərmələrini xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO