Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Hazırda oxunan: Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

632894

Sinqupur hökuməti ölkədə kəskin azalan doğum göstəricilərinin qarşısını almaq üçün valideynlərə hər uşağa görə 55 min dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutan yeni dəstək paketini təqdim edib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Baş nazir Lourens Vonq avqustun 23-də illik müraciəti zamanı uşaqlara görə ödənişlər və analıq məzuniyyəti sisteminə baxıldığını elan edib. O, hökumətin övlad sahibi olmaq və onları böyütmək istəyən şəxslər üçün prosesi asanlaşdırmağı hədəflədiyini vurğulayıb.

Dünyada ən sürətlə qocalan ölkələrdən biri

Əhalisi 6 milyondan bir qədər çox olan Sinqapurda 2025-ci ildə hər qadına düşən doğum səviyyəsi rekord həddə — 0,87-yə enib (2024-cü ildə bu göstərici 0,97 idi). Müqayisə üçün qeyd edək ki, dünyada ən aşağı göstərici Cənubi Koreyadadır (0,8). Demoqrafların fikrincə, əhalinin sabitliyini saxlamaq üçün bu göstərici ən azı 2,1 olmalıdır.

Səhiyyənin inkişafı fonunda ömür uzunluğunun artması və doğumun azalması Sinqapuru BMT meyarlarına görə "həddindən artıq qocalan" cəmiyyətə çevirir (əhalinin 21%-dən çoxunun yaşı 65-dən yuxarıdır). 2030-cu ilə qədər hər 4 sinqapurludan birinin bu yaş həddinə çatacağı gözlənilir.

Hər uşağa 55 min dollar maliyyə yardımı

"Biz hər bir ailənin bilməsini istəyirik: əgər övlad sahibi olmaq qərarına gəlsəniz, hökumət sizinlə olacaq. Biz daha uzun illər ərzində daha böyük dəstək göstərəcəyik", – deyə Lourens Vonq bildirib.

Baş nazirin sözlərinə görə, hökumət 17 yaşınadək hər bir uşaq üçün ailələrə ümumilikdə 70 min Sinqapur dolları (təxminən 55,15 min ABŞ dolları) həcmində birbaşa maliyyə dəstəyi verəcək. Bura uşağın doğulması zamanı 10 min dollar məbləğində hədiyyə və sonrakı təhsili üçün nəzərdə tutulan 10 min dollarlıq ödəniş daxildir.

Bundan əlavə, xüsusilə çoxuşaqlı ailələr üçün uşaqlara qulluq müavinəti genişləndiriləcək və işəgötürənlərin xərclərinin əsas hissəsini dövlət qarşılayacaq. Həmçinin uşaqlı ailələrin ilk mənzili alması proseduru da asanlaşdırılacaq.

İmmiqrasiya siyasəti davam edəcək

Görülən tədbirlərə baxmayaraq, baş nazir reallıqla üzləşməyin vacibliyini qeyd edib: "Yalnız doğum səviyyəsinə güvənsəydik, əhalimizin sayı azalardı". Bu səbəbdən Sinqapur hökuməti əhali artımını immiqrasiya hesabına tamamlamaq siyasətini davam etdirəcək. Vonq yerli əhalinin ölkədə əksəriyyət olaraq qalmasını təmin etmək üçün miqrant qəbulunun tənzimlənən və davamlı templə həyata keçiriləcəyini əlavə edib.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO