Məşhur Halley kometası 28 iyul 2061-ci ildə Günəşə ən yaxın nöqtəsindən — perihelidən keçəcək.
Bizim.Media xəbər verir ki, bu, kometanı görmək üçün hazırda yaşayan insanların böyük əksəriyyəti üçün nadir fürsət olacaq.
Kometanın Günəşə yaxınlaşması ilə ətrafında qaz və tozdan ibarət koma, daha sonra isə xarakterik quyruqlar formalaşacaq. 2061-ci ildə onun Yerlə Günəşə nisbətən mövqeyinin 1986-cı illə müqayisədə müşahidə üçün daha əlverişli olacağı gözlənilir.
Halley kometası təxminən 74–79 ildən bir Günəş sisteminin daxili hissəsinə qayıdır. Növbəti perihelidən sonra onun növbəti yaxınlaşması 2134-cü il martın 27-də baş verəcək.
Bizim.Media































































































