
- A-
- A
- A+
Çin avtomobillərini daşımağa gəmi çatmır – Avropa ŞOKDA
Çin avtomobillərinin qlobal bazara ixracı kəskin artıb. Vəziyyət o yerə çatıb ki, bu maşınları daşımağa gəmi çatmır.
Bizim.Media xarici mətbuata istinadən bildirir ki, buna görə də avtomobillərin daşınması üçün gəmi icarəsi qiymətləri 65% artıb. Bu o deməkdir ki, qiymətlərə də təsir edəcək.
"Mobility Global" tədqiqat şirkətinin proqnozlarına görə, Çin 2026-cı ildə xaricə təxminən 10 milyon avtomobil ixrac edəcək. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu göstərici cəmi 600 min avtomobil təşkil edirdi.
Norveçin nəhəng dəniz daşıyıcısı "Hoegh Autoliners" şirkətinin baş icraçı direktoru Andreas Enger Çinin bu sahədəki inanılmaz sıçrayışını belə qiymətləndirib: "Cəmi beş il ərzində Çin cüzi avtomobil ixracatçısından dünyanın ən böyük avtomobil ixracatçısına çevrilib".
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































