Ukrayna və Moldova dəmir yolu tranziti üzrə mühüm razılığa gəldilər

Ukrayna və Moldova dəmir yolu tranziti üzrə mühüm razılığa gəldilər

Hazırda oxunan: Ukrayna və Moldova dəmir yolu tranziti üzrə mühüm razılığa gəldilər

630775

Ukrayna yüklərin dəmir yolu ilə tranzit daşınmasına 50 faizlik güzəşt tətbiq edilməsi barədə Moldova ilə mühüm razılığa gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski “Telegram”da bildirib.

Hökumət başçısı Moldova Baş naziri Vasili Tofanla bu yaxınlarda baş tutmuş söhbətin nəticələrini ilk dəfə açıqlayıb.

Koretskinin sözlərinə görə, Ukrayna mallarının dəmir yolu ilə tranzitinə 50 faizlik güzəşt tətbiq edilməsi barədə razılığa gəlmək mümkün olub.
 

“Yeni rejim avqustun 10-dan 2026-cı ilin sonunadək qüvvədə olacaq”, - deyə Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.


O, həmçinin qeyd edib ki, bu, Rusiyanın Qara dənizdə törətdiyi terror aktları fonunda ukraynalı ixracatçılar üçün həqiqətən mühüm qərardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO