ABŞ-da ən böyük volfram yatağı aşkar edildi

ABŞ-da ən böyük volfram yatağı aşkar edildi

Hazırda oxunan: ABŞ-da ən böyük volfram yatağı aşkar edildi
628897
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Nevada ştatında ölkənin ən böyük volfram yatağı ola biləcək ehtiyat aşkar edilib.

Bizim.Media xəbər verir kiŞ bu barədə Financial Times (FT) qəzeti 3 Proton Lithium (3PL) dağ-mədən şirkətinin hesabatına istinadən məlumat yayıb.

Railroad Valley Minerals layihəsindəki ehtiyatlar 1,78 milyon ton həcmində qiymətləndirilir. Bu, ABŞ-da indiyədək məlum olan ikinci ən böyük volfram yatağından beş dəfədən çoxdur. Şirkətin hesablamalarına görə, mövcud bazar qiymətləri əsasında yatağın dəyəri təxminən 152 milyard ABŞ dolları təşkil edir.
 

Financial Times yazır ki, yatağın ərazisinin üçdə birindən çoxu NASA-nın istifadəsindədir. Agentlik həmin zonadan peyk siqnallarının izlənilməsi və kalibrlənməsi üçün istifadə edir. 3PL şirkəti isə NASA-nın nəzarətində olan ərazidə geoloji kəşfiyyat və faydalı qazıntıların hasilinə qoyulan qadağanın ləğvinə nail olmağa çalışır.

 

Volfram bazarında qiymətlər 2025-ci ilin fevralından bəri təxminən 600 faiz artıb. Buna səbəb aviasiya-kosmik sənaye, müdafiə sənayesi və alət istehsalında artan tələbat, eləcə də Çinin ixrac məhdudiyyətləri nəticəsində təklifin azalmasıdır. Hazırda Çin strateji əhəmiyyət daşıyan bu metalın dünya bazarının təxminən 80 faizinə nəzarət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO