Avstraliyada kitabxanadan 150 il öncə götürülən kitab geri qaytarıldı - FOTO

Avstraliyada kitabxanadan 150 il öncə götürülən kitab geri qaytarıldı - FOTO

Hazırda oxunan: Avstraliyada kitabxanadan 150 il öncə götürülən kitab geri qaytarıldı - FOTO

628822

Avstraliyanın Kiama şəhərində təmir zamanı köhnə evin hörülmüş kaminindən təxminən 150 il əvvəl götürülmüş kitabxana kitabı tapılıb.

Bizim.Media xəbər verir ki, 1858-ci ildə nəşr olunan "Antiquities of Athens" ("Afina qədimlikləri") adlı kitab şəhər kitabxanasının 1872-ci ildə yaradılmış ilk fonduna aid olub.

Kitabın vaxtında qaytarılmamasına görə hesablanan cərimənin bu günün məzənnəsi ilə təxminən 28 min Avstraliya dolları təşkil edəcəyi bildirilsə də, həmin dövrün qeydiyyat sənədləri qorunmadığından cərimənin kimdən alınacağı məlum deyil.

Tapılan nadir nəşr bundan sonra kitabxananın tarixi kolleksiyasında saxlanılacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO