Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Hazırda oxunan: Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

628077

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa iranlı həmkarı Abbas Əraqçi ilə Xəzər dənizində İranın mülki gəmisinə bu yaxınlarda olunan hücumu müzakirə edib.

Bizim.Media xəbər verir ki, Sibiqa bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Mən İranın xarici işlər nazirinə açıq söhbət üçün zəng etdim. Diplomatiya - hətta çətin olduqda belə birbaşa dialoqdur. Mən vurğuladım ki, məqsədimiz lazımsız eskalasiyadan qaçmaqdır.

Mən bir daha bildirdim ki, Ukraynanın bütün hərəkətləri müstəsna olaraq ölkəmizi Rusiya təcavüzündən qorumağa yönəlib və heç vaxt mülki gəmilərə və ya insanlara qarşı hədəflənməyib. Bu həmçinin son insident zamanı mülki gəmiyə hücumda onların vətəndaşının həlak olması ilə bağlı İranın verdiyi bəyanatlara da aiddir", - ukraynalı nazir qeyd edib.

Sibiqa vurğulayıb ki, Ukraynanın əsas məqsədi "bütün bu cür hadisələrin ilkin səbəbi" olan Rusiyanın hücumuna qarşı çıxmaqdır:

"Bütün təxribatlara və qurbanlara görə tam məsuliyyəti məhz Rusiya daşıyır".
 

O, eskalasiyaya gətirib çıxaran hər hansı addımlardan çəkinməyin, eləcə də Rusiyanın Ukraynaya qarşı müharibəsinə hər cür dəstəyi dayandırmağın zəruriliyini vurğulayıb.


"Bu müharibə qanunsuzdur və o başa çatmalıdır. Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Avropa və Yaxın Şərq sabitliyə, təhlükəsizliyə və sülhə layiqdir", - Sibiqa yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO