Milyarder Niderlanda qarşı beynəlxalq arbitraj iddiası qaldırdı

Milyarder Niderlanda qarşı beynəlxalq arbitraj iddiası qaldırdı

Hazırda oxunan: Milyarder Niderlanda qarşı beynəlxalq arbitraj iddiası qaldırdı

627499

Rusiyalı milyarder Mixail Fridman Niderlanda qarşı beynəlxalq investisiya arbitrajı başladıb.

Bizim.Media xəbər verir ki, bu barədə Kommersant məlumat yayıb.
 

Məlumata görə, iş adamı Niderlandı investisiyalarını qanunsuz müsadirə etməkdə (ekspopriasiya) ittiham edir. O, dəymiş ziyanın məbləğinin məhkəmə araşdırmaları zamanı müəyyən ediləcəyini bildirib.


Qeyd edək ki, Mixail Fridman 2022-ci il fevralın 28-də Qərbin sanksiyalar siyahısına daxil edilib.

2024-cü ilin avqustunda o, dondurulmuş aktivlərinə görə Lüksemburqa qarşı 16 milyard ABŞ dolları məbləğində arbitraj iddiası qaldırmışdı. 2025-ci ilin noyabrında isə Fridmanın Böyük Britaniyaya qarşı daha bir arbitraj prosesinə başladığı məlum olub. Həmin iş üzrə detallar açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO