Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Hazırda oxunan: Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI
625062
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran ətrafındakı vəziyyətlə bağlı bazar günü, iyulun 12-də görüş keçirilib və müəyyən razılaşmalar əldə olunub, lakin Tehran Vaşinqtondan düzəlişlər edilməsini xahiş edib və ABŞ tərəfi bu dəyişiklikləri etmək niyyətində deyil.

Bizim.Media "Fox News"a istinadla xəbər verir ki, bu barədə ölkə başçısı Donald Tramp məlumat verib.
 

"Onlarda hər şey son anda baş verir. Və dünən hər şey razılaşdırılmışdı. Sonra onlar otağı tərk etdilər, yenidən zəng vurub bir neçə dəyişiklik etmək lazım olduğunu dedilər. Mən dedim: “Dəyişiklik? Biz heç bir dəyişiklik etməyəcəyik””, — deyə Amerika lideri jurnalistlərə bildirib.


O, həmçinin əlavə edib ki, Amerika Birləşmiş Ştatları İslam Respublikasına qarşı sərt zərbələr endirməyə hazırlaşır.

Xatırladaq ki, iyunun 17-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını və yeni danışıqlar mərhələsinin başladılmasını nəzərdə tutan müvəqqəti anlaşma memorandumu imzalayıblar. Sənədə ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian imza atıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO