Avropada ekstremal istilərdən 10 mindən çox insan ölüb - FOTO

Avropada ekstremal istilərdən 10 mindən çox insan ölüb - FOTO

Hazırda oxunan: Avropada ekstremal istilərdən 10 mindən çox insan ölüb - FOTO

624930

İyunun sonunda Avropanı bürüyən rekord dərəcəli istilər qitədə kütləvi insan tələfatına gətirib çıxarıb. "Reuters" agentliyinin Avropa mütəxəssislərinin məlumatlarına istinadən yaydığı hesabata görə, həmin dövrdə dünyasını dəyişənlərin sayı ilin bu fəsli üçün gözlənilən orta göstəricidən 10 min nəfər çoxdur.

Bizim.Media xəbər verir ki, vəfat edənlərin böyük əksəriyyəti risk qrupuna daxil olan yaşlılardır. Məlumata görə, həyatını itirən 10 mindən çox şəxsin 9 mindən çoxu 65 yaşdan yuxarı insanlardır.

Ekstremal hava şəraiti səhiyyə sistemləri üçün də ciddi sınaq olub.

Mütəxəssislər iqlim dəyişikliyinin yaratdığı bu cür istilik dalğalarının gələcəkdə daha tez-tez təkrarlana biləcəyini və xüsusilə yaşlı əhali üçün ciddi təhlükə yaratdığını xəbərdar edirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO