Keniyalı jurnalist: “Afrikanın elmi nailiyyətləri lazımınca işıqlandırılmır” – FOTO

Keniyalı jurnalist: “Afrikanın elmi nailiyyətləri lazımınca işıqlandırılmır” – FOTO

Hazırda oxunan: Keniyalı jurnalist: “Afrikanın elmi nailiyyətləri lazımınca işıqlandırılmır” – FOTO
624600
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bir çox Afrika ölkələri üçün siyasi müstəqillik avtomatik olaraq informasiya müstəqilliyi demək olmadı".

Bizim.Media xəbər verir ki, bunu Kenyanın media nümayəndəsi Muigai Anne Nyambura "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" adlı beynəlxalq konfransda bildirib.
 

MÖVZU İLƏ BAĞLI: 

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO


"Müstəmləkəçilik dövründə formalaşdırılmış yoxsulluq, asılılıq və gerilik haqqında təsəvvürlər uzun illər ərzində yaradıldı. Bu narrativlərin bir çoxu bu gün də beynəlxalq mediaya təsir göstərməkdə davam edir.

Afrikanın dayanıqlılığı, sahibkarlığı, elmi nailiyyətləri və yerli həll yolları çox vaxt diqqətdən kənarda qalır və ya lazımi şəkildə işıqlandırılmır. Hekayəni kimin danışdığı mühümdür. Çünki bu, dünyanın Afrika haqqında necə düşündüyünü formalaşdırır və inkişaf, investisiya, humanitar yardım və beynəlxalq siyasətlə bağlı qərarlara təsir edir.

Dekolonizasiya yalnız torpağın və ya idarəetmənin geri qaytarılması demək deyil. O, həm də narrativlərin geri qaytarılmasıdır".

Keniyalı jurnalist: “Afrikanın elmi nailiyyətləri lazımınca işıqlandırılmır” – FOTO - foto 1
Keniyalı jurnalist: “Afrikanın elmi nailiyyətləri lazımınca işıqlandırılmır” – FOTO - foto 2


Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO