BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO

Hazırda oxunan: BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO

624582

Bu gün Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans keçirilir.

Bizim.Media xəbər verir ki, konfrans müstəmləkə ərazilərini təmsil edən media nümayəndələrinin iştirakı ilə Azərbaycanda təşkil olunan ilk belə platformadır və həmin ərazilərdən olan jurnalistlərlə yerli media nümayəndələri arasında interaktiv formada təşkil edilib.
 

Konfransda keçmiş və indiki müstəmləkə ərazilərini təmsil edən media qurumlarının rəhbərləri və media nümayəndələri, jurnalistlər, siyasi şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və kommunikasiyalar üzrə ekspertlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, tədqiqatçılar, diplomatlar və dövlət qurumlarının nümayəndələri və yerli medianı təmsil edən şəxslər iştirak edir.


Konfransda neokolonial istismara məruz qalan və müstəmləkə əsarəti altında yaşayan xalqların və etnik azlıqların səsinin beynəlxalq informasiya məkanında gücləndirilməsində medianın rolu və qarşıda duran çağırışlar müzakirə olunacaq.

Tədbirdə uzun illər kölgədə saxlanılmış müstəmləkə həqiqətlərinin – ərazilərin iqtisadi istismarı, təbii sərvətlərin talanı, mədəni kimliyin silinməsi, sistemli ayrı-seçkilik, yerli xalqlara qarşı repressiyalar, habelə Kanaki (Yeni Kaledoniya) və Boneyra nümunəsində yerli əhalinin demoqrafik tərkibinin məqsədli şəkildə gəlmə əhali hesabına dəyişdirilməsi siyasətinin beynəlxalq mediada işıqlandırılması məsələlərinə xüsusi diqqət yetirilməsi nəzərdə tutulub.














Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO