Jan-Mişel Brun Bakıda Fransa mətbuatının əsl simasını İFŞA ETDİ – FOTO

Jan-Mişel Brun Bakıda Fransa mətbuatının əsl simasını İFŞA ETDİ – FOTO

Hazırda oxunan: Jan-Mişel Brun Bakıda Fransa mətbuatının əsl simasını İFŞA ETDİ – FOTO

624594

“Fransa mətbuatı uzun illər müstəmləkəçiliyin mahiyyətini gizlədərək onu “sivilizasiya missiyası” kimi təqdim edib və bununla da kolonial təfəkkürün formalaşmasına xidmət göstərib”.

Bizim.Media xəbər verir ki, bu fikri “Fransa müsəlmanları” xəbər portalının təsisçisi Jan-Mişel Brun (Jean-Michel Brun) “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” konfransında bildirib.
 

MÖVZU İLƏ BAĞLI: 

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO


O qeyd edib ki, XIX əsrdə Fransa mətbuatı müstəmləkəçiliyi tərəqqi, təhsil və təhlükəsizlik gətirən bir proses kimi təqdim edir, bununla yanaşı, zorakılığı, istismarı və irqi ayrı-seçkiliyi kölgədə saxlayırdı. Müstəmləkə xalqlarının səsi isə ya ümumiyyətlə eşidilmir, ya da təhrif olunurdu.

Jan-Mişel Brun vurğulayıb ki, müstəmləkəçilik, ilk növbədə, mədəniyyət vasitəsilə həyata keçirilib və dekolonizasiya da mədəniyyət üzərindən aparılmalıdır. Onun sözlərinə görə, bu prosesdə medianın üzərinə həqiqətlərin üzə çıxarılması və tarixi ədalətin bərpası baxımından mühüm məsuliyyət düşür.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO