Alston Lourens: “Bəzən bizim hərəkatlar radikal kimi təqdim olunur” – FOTO

Alston Lourens: “Bəzən bizim hərəkatlar radikal kimi təqdim olunur” – FOTO

Hazırda oxunan: Alston Lourens: “Bəzən bizim hərəkatlar radikal kimi təqdim olunur” – FOTO

624593

“Dekolonizasiya yalnız konstitusion və siyasi proses deyil, eyni zamanda, informasiya və kommunikasiya prosesidir. Müstəmləkəçilik narrativlər vasitəsilə möhkəmləndirilibsə, dekolonizasiya da həmin narrativlərin dəyişdirilməsi ilə mümkündür”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “One Saint Martin” Assosiasiyasının katibi, sabiq hökumət müşaviri, jurnalist, radio və televiziya aparıcısı Alston Lourens “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” konfransında söyləyib.
 

MÖVZU İLƏ BAĞLI: 

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO


Alston Lourens bildirib ki, Karib hövzəsində bir çox kiçik adalarda milli yayım qurumları fəaliyyətini dayandırıb, informasiya məkanı isə əsasən kommersiya maraqları ilə işləyən özəl media tərəfindən formalaşdırılır.

Bu səbəbdən öz müqəddəratını təyinetmə və dekolonizasiya kimi mövzular çox vaxt lazımi səviyyədə diqqətdə olmur. Həmin ideyaları müdafiə edən hərəkatlar isə bəzən qeyri-ciddi və ya radikal kimi təqdim olunur. Onun sözlərinə görə, dekolonizasiya prosesində obyektiv və balanslı informasiya mühitinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO