Almaniyada gənclər mərkəzinə SİLAHLI HÜCUM – Ölən və yaralılar var – FOTO

Almaniyada gənclər mərkəzinə SİLAHLI HÜCUM – Ölən və yaralılar var – FOTO

Hazırda oxunan: Almaniyada gənclər mərkəzinə SİLAHLI HÜCUM – Ölən və yaralılar var – FOTO

622233

Almaniyanın Aşağı Saksoniya (Niedersachsen) vilayətində yerləşən Ştade (Stade) şəhərində törədilən silahlı hücum nəticəsində azı 5 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın “Bild" nəşri yerli polis idarəsinə istinadən məlumat yayıb.
 

Hadisə şəhərin mərkəzində yerləşən Dankerştraat (Dankersstraße) küçəsində, analar və uşaqlar üçün sığınacaq qruplarının fəaliyyət göstərdiyi gənclərə yardım müəssisəsinin (gənclər mərkəzi) binasında qeydə alınıb.


İlkin məlumatlara görə, atışma nəticəsində həlak olan 5 nəfərin hamısı yetkinlik yaşına çatmış şəxslərdir.

Lüneburq Polis İdarəsinin sosial şəbəkələr vasitəsilə yaydığı rəsmi bəyanatda ərazidəki vəziyyətin gərgin olduğu qeyd edilib və yerli sakinlərə hadisə yerindən dərhal uzaqlaşmaq tövsiyə edilib.

Polis əməkdaşlarının keçirdiyi təcili əməliyyat-axtarış tədbirləri nəticəsində artıq iki şübhəli şəxs yaxalanıb.

Hazırda cinayətin törədilmə səbəbləri, hadisənin dəqiq xronologiyası və hücum edən şəxslərin şəxsiyyəti araşdırılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO